AZ

HTŞ ilə Rusiya arasında gizli danışıqlar gedir- Suriyadakı rus bazaları masada... Əsəd təhvil veriləcəkmi?

Image

Rusiyanın Bəşər Əsədin devrilməsindən sonra Suriyadan mərhələli şəkildə geri çəkildiyi iddialarının ardından Dəməşqdə nəzarəti ələ keçirən "Heyət Təhrir əş-Şam" (HTŞ) təşkilatının Kremllə müzakirlər apardığı ortaya çıxıb. “The Economist” yazır ki, artıq Rusiya ilə HTS arasında danışıqlar başlayıb.

Suriyadakı mənbə iddia edib ki, HTŞ Rusiyanın bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Qeyd edilir ki, Tartus limanında icarə müqaviləsinin davam etdirilməsi ehtimalı da var.

Suriyada hakimiyyəti ələ keçirən HTŞ-nin Əsədin ekstradisiyası ilə bağlı heç bir addım atmadığı da bildirilir. Qeyd olunub ki, HTŞ Əsədin ekstradisiya ehtimalının az olduğunu bilir. Qəzetə danışan mənbə “qırmızı xətlər yoxdur” deyərək danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.

Məlumata görə, Rusiya Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib, lakin yeni administrasiya bunun kifayət etməyəcəyini bildirib. Çünki onlar Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəyirlər.

“Hazırda danışıqların ilk addımındayıq. İnsanlar yeni bir həyat qurmaq istəyirlər. Biz əlaqələri düzəltmək məcburiyyətindəyik, ölkə ölü vəziyyətindədir, insanlar çox kasıbdır" - deyə HTŞ-dəki mənbə bildirib. 

"The Economist" yazır ki, HTŞ-nin, suriyalılar arasında nifrətə baxmayaraq, Rusiyadan qisas almaq niyyətində olmadığı açıq görünür.

TAHİR





Seçilən
4
baki-xeber.com

1Mənbələr