AZ

Heç kəsin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı yoxdur – Volodimir Zelenski

Hazırda Ukraynanın Rusiyadan ərazilər zəbt etməyə gücü çatmır. Ukraynalılar yalnız Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərlər.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Le Parisien” qəzetinə müsahibəsində deyib. Eyni zamanda o, Qərbin zəif mövqeyindən təəccübləndiyini bildirib: “Müharibə başlayandan bəri niyə kütləvi şəkildə silahlanmamışıq? Putinə təzyiq edin və bu müharibəni dayandırın”.

Zelenskinin sözlərinə görə, indi Ukrayna zəif deyil, lakin həm də danışıqlar üçün güclü mövqedə deyil. “Biz NATO-dayıq? Bilmirik. Avropa Birliyinin bir hissəsi olacağıq? Bəli, gələcəkdə, amma nə vaxt? Belə şəraitdə Putinlə masa arxasında oturmaq ona hər şeyi bizim tərəfimizdən həll etmək hüququ verəcəkdi. Biz əvvəlcə bir model, fəaliyyət planı və ya sülh planı hazırlamalıyıq. Sonra isə onu Putinə – ruslara təhvil verə bilərik”.

Prezident vurğulayıb ki, dünyada heç bir liderin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı yoxdur: “Biz heç vaxt bu mandatı heç kimə həvalə etməmişik. Biz zərərçəkənik. Hər kəs ölkənin necə yaşamalı olduğunu deməyə başlasa, ədalətsizlik olar. Fransada fransızlar, İtaliyada italyanlar və ya ABŞ-da amerikalılar özləri üçün nə istədiklərini bilirlər. Ukraynalılar da həmçinin”, – Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr