AZ

İqor Kirillovun qatilinə 100 min dollar mükafat vəd edilib

Rusiyalı general İqor Kirillovun ölümündə şübhəli bilinən şəxs Moskvadan 40 kilometr aralıda yerləşən Çernoye kəndində gizlənirmiş.

KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, məlumatı “Zvezdanews” Telegram kanalı yayıb. Məlumata görə, qəsəbədə 6 minə yaxın  insan yaşayır. Xatırladaq ki, təhlükəsizlik qüvvələri terror aktı törətməkdə şübhəli bilinən 29 yaşlı Özbəkistan vətəndaşını saxlayıb. Ukrayna xüsusi xidmət orqanları ona 100 min dollar mükafat və Avropa pasportu vəd ediblər.  İqor Kirillovun qətlində şübhəli bilinən  Əhməd Qurbanovun “Çayxana Kazan” kafelər şəbəkəsində işlədiyi müəyyən edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
16
konkret.az

1Mənbələr