AZ

İlin ən mühüm son faiz qərarı gözlənilir - Bazarların gözü FED-də

Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) pul siyasəti qərarlarına fokuslanıb. FED faiz qərarını Bakı vaxtı ilə saat 23:00-da açıqlayacaq. Saat 23:30-da isə FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq. 

Dünyada açıqlanan makroiqtisadi məlumatların inflyasiya ilə bağlı sual işarələri yaratması gələcəkdə atılacaq addımlarla bağlı qeyri-müəyyənlikləri artırır.

FED-in açıqlayacağı pul siyasəti qərarları investorlar tərəfindən diqqətlə izlənilir, gələcək dövrdə atılacaq addımlarla bağlı siqnallar pul siyasəti mətnindən və FED sədri Jerome Powell-in açıqlamalarından öyrənilir.

FED-in faizini 0,25 faiz bəndi azaldacağı təxminən dəqiq olsa da, gələn il cəmi iki faiz endirimi ilə bağlı proqnoz güclü qalmaqda davam edir.

Hazırda FED-in faizləri 4,50-4,75 faiz aralığındadır. FED-in bu gün faizlərini 4,25 - 4,50 faiz aralığına edndirəcəyi gözlənilir. 

Seçilən
12
marja.az

1Mənbələr