AZ

“Mançester Yunayted”də şok ayrılıq: Yayda klubu tərk edəcək

İngiltərə Premyer Liqa komandalarından “Mançester Yunayted”in ulduzu yayda komandanı tərk edə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 27 yaşlı Markus Reşforddan gedir.

“Qırmızı şeytanlar"ın yetirməsi bazar günü keçirilən “Mançester Siti” ilə görüşdə iştirak ərizəsinə alınmayıb.

Bir neçə gün əvvəl İngiltərə mətbuatına danışan Reşford klubu sakit şəkildə tərk etmək istədiyini bildirib: "Artıq karyeramda yeni addım atmağın zamanıdır deyə düşünürəm. “Mançester”dən bir incikliyim yoxdur. Klubdan ayrıldıqdan sonra belə bu komanda haqqında ağzımdan tək bir pis kəlmə eşitməyəcəksiniz. Çünki mən həmişə "qırmızı şeytanam”.

Qeyd edək ki, ingiltərəli bu mövsüm iştirak etdiyi 24 rəsmi matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ildə başa çatacaq.

"Sabah"dan Merih Demiralla bağlı transfer açıqlaması

"Barselona"nın qış "transfer pəncərəsi" üçün planları müəyyənləşib

"Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır

"İnter"in prezidenti: "Atalanta" dovşan, biz isə ovçuyuq"

Emiliano Martinez yenə ən yaxşı seçilib

Seçilən
10
apasport.az

1Mənbələr