AZ

Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib. Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var. Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
Direktor qeyd edib ki, qripə qarşı vaksinasiya kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını azaldır:
"Yoluxma baş versə belə, xəstəliyi yüngül formada keçirəcəklər. Tövsiyə edərdim ki, kim vaksinasiya prosesindən kənar qalıbsa, peyvənd olunsun".
V.Qurbanov əlavə edib ki, qızılcaya yoluxma halı kəskin azalıb:
"Say artımı ilə əlaqəli pasiyentlər Məmmədli qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunurdu. Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur".
Məhərrəm Əliyev
Seçilən
14
oxu.az

1Mənbələr