AZ

ABŞ İŞİD yaraqlılarının Suriya həbsxanalarından kütləvi qaçışından ehtiyat edir- “Politico”

ABŞ Suriya həbsxanalarında saxlanılan İŞİD yaraqlılarının kütləvi şəkildə qaçmasından ehtiyat edir.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşrin məlumatına görə, silahlılar və onların ailə üzvləri müvəqqəti həbsxanalarda saxlanılır. Onları məhdud sayda silaha malik olan ABŞ-ın dəstəklədiyi kürd qüvvələri qoruyur. Söhbət 9 min yaraqlıdan və daha 50 min nəfərdən (ailə üzvləri) gedir.

“Bu klişedən xoşum gəlmir, amma bu, saatlı bomba kimidir. Türkiyə Suriyanın demokratik qüvvələrinə qarşı bu hücumları dayandırmasa, biz həbsxanadan kütləvi qaçışla üz-üzə qala bilərik”, – ABŞ rəsmisi nəşrə bildirib.

“Türkiyə kürd birləşmələrinə əsas təhlükəsizlik təhdidi kimi baxır. Saxlanılan yaraqlıların əksəriyyəti İraq və Suriyadandır, bir çoxu isə Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dan gəlir”, – məlumatda deyilir.

Azpost.info

 

Seçilən
16
azpost.info

1Mənbələr