AZ

Paşinyandan U dönüşü: İrəvanda “tarixi Ermənistan” şousu – Başda da Mirzəyan...

Kapitulyant Ermənistanla sülh müqaviləsi imzalamaq tezliklə mümkün olmayacaq. Bu da daha bir sübut.

İrəvanda Azərbaycan, Türk dünyası əleyhinə növbəti siyasi şou düzənlənib. Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın sədrliyi ilə bu gün Rəvan xanın şəhərində üzdəniraq “Qədim Sivilizasiyalar Forumu” nazirlərinin iclası başlayıb.

Rəsmi məlumata əsasən, iclasda Yunanıstanın mədəniyyət naziri, İranın mədəni irs, turizm və sənətkarlıq naziri, İraqın xarici işlər nazirinin müavini, habelə Misir, Peru, İtaliya, Çin və Boliviyanın nümayəndələri də iştirak edir.

Doğrudan da, utanmasan, oynamağa nə var? Gör başlarını hansı başlara qoşublar?..

Tarixi türk yurdunda Rusiya tərəfindən süni şəkildə yaradılan, sonuncu aborigen azərbaycanlıları da öz torpaqlarından qovmaqla monoetnik dövlətə çevrilən, qədim yer adlarımızı kütləvi şəkildə erməniləşdirən, əlifbası belə oğurluq olan, tarix kitabları başdan-ayağa yalan-palanla dolu Ermənistan sən demə, hayların qədim sivilizasiya məkanı imiş.

ORTA.jpg

Azərbaycan xalqına qarşı mart (1918), Xocalı, Başlıbel, Meşəli digər soyqırımları, saysız vəhşiliklər və bəşəriyyət əleyhinə cinayətlər törədən, işğal etdiyi Azərbaycan ərazilərinin altını üstünə çevirən, məscidlərimizi, qəbristanlıqlarımızı, mədəni-tarixi abidələrimizi darmadağın edən, dağıtmadığı 1-2 məsciddə isə donuz saxlayan, ölülərimizin qızıl dişlərini belə çıxarıb aparan, bütün bunlara rəğmən də sırtıqcasına adlarını bizə qoyan köçmən və vandal qəbilə sivil və mədəni dünyanın bir parçası imiş!..

Hələ biz Ermənistan adlı qondarma dövlətin yarandığı gündən terrorçu-nasistlərin və onlara qoyulan abidələrin açıq səma altında “qoruğu”na çevrilməsini (Qaregin Njde, Monte Melkonyan, tayqulaq Andronik, “Nemezis” kompleksi və s.), erməni cəllad-faşistlərin və körpə qatillərinin qəhrəmanlaşdırılmasını demirik.

Qonşu xalqların, xüsusən də azərbaycanlıların, hətta gürcülərin yeməklərini, musiqisini mənimsəyən, memarlıq abidələrimizi, xalçalarımızı öz adlarına çıxan, özlərinə mifik qəhrəmanlıq tarixi uyduran “qədim” ermənilər haqda rus tarixçi-akademikin məşhur ifadəsini burda yenə yada salmağa dəyər: “Ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludur”...

İrəvandakı tamaşa-şouda xarici işlər naziri Ararat Mirzəyanın iştirakı məxsusi diqqət çəkir. Görəsən Türkiyə və Azərbaycanla sərhədləri guya açmaq istəyən “ən mötədil” erməni Nikol Paşinyan bu yığnaqla bizə nə demək istəyir, nəyin mesajını verir?

Nə oldu, bəs Nikol dil boğaza qoymadan “real Ermənistan”dan dəm vurur, “Ermənistana ən böyük təhlükə Ermənistan konstitusiyasıdır” deyirdi. Amma XİN başçısının qatıldığı “tədbirlə” təzədən “tarixi Ermənistan” nostaljisinə qayıdıblar. Paşinyanın U dönüşünü necə başa düşək?..

“İndi də bizə təklif olunur ki, onlarla (azərbaycanlılarla – Z.S.) əlaqələr quraq. Ancaq bu mümkünsüzdür. Çünki aramızda sivilizasiya uçurumu var. Biz bütün dünyanın tanıdığı kimi, qurucu xalqıq. Onlar (azərbaycanlılar – Z.S.) isə köçəri, barbarlardır. Onlara yalnız hər şeyi məhv etmək və yadlara məxsus olanları mənimsəmək xasdır”.

Bu üfunətli sitat erməni Ambartsum K. adlı ikiayaqlı məxluqun Armenianreport.com-dakı məqaləsindəndir.

Türkə nifrətin bitib-tükənmədiyi, “türk” sözünün təhqir sayıldığı irqçi və xəstə təfəkkürlü bir nanəcib, riyakar cəmiyyətin təmsilçisi görün həyasızcasına nə ifraz edir? Sivil, qurucu xalqa bax! Vətəni Hindistan olan (o da heç dəqiq bilinmir) vətənsiz “Qafqaz qaraçıları” nə vaxtdan Qafqazda qurucu millət oldu?

Arada heç olmasa, güzgüyə baxın ki, gözünüzdəki “tiri”, başınızdakı “buynuzu” görəsiniz...

Z.SƏFƏROĞLU

Seçilən
17
1
musavat.com

2Mənbələr