AZ

Aqrar Sığorta Fondu: Fermerlər vəhşi heyvanların hücumundan əziyyət çəkir

Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlər təkcə xəstəliklərdən deyil, vəhşi heyvanların hücumundan da əziyyət çəkirlər.

“İki sahil” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İmran Cümşüdov bildirib.

"Hazırda payız-qış dövrüdür. Bu cür hallar intensivləşir və fermerlərə ciddi ziyan vurur", - deyə o qeyd edb.

Bundan başqa, Fond rəsmisi deyib ki, xəstəliklərlə bağlı profilaktik tədbirlər aparılarkən, yemləmə və yaxud çimizdirmə dövründə təsərrüfatlarda zəhərlənmə halları ola bilər: "Biz bu zərərləri də qarşılayır və fermerlərin itkisini azaldırıq".

Seçilən
15
1
ikisahil.az

2Mənbələr