AZ

Bitkoin bu tarixdən bahalaşacaq

Bitkoinin qiyməti 107 min dollar həddini keçərək tarixi rekordunu yeniləyib.

Qiyməti stabil olmayan Bitkoinin qiymətinin aqibəti gələn il necə olacaq?

Məsələ ilə bağlı ekspert Natiq Cəfərli hesab edir ki, Bitkoin gələn il daha da bahalaşa bilər.

"Bitkoinin bahalaşmasının əsas səbəbi siyasi bəyanatlardir. Çünki Tramp və onun komandası Bitkoini Amerikanın növbəti ehtiyat valyuta rezervlərindən birinə çevirməklə bağlı çıxışları olub. Həmçinin onun komandasında koinlərlə məşğul olan dünya səviyyəli tanınmış iş adamları var. Bunlardan biri də İlon Maskdır. O, Bitkoin çıxdığı ilk gündən bununla məşğuldur. 

Tramp vəzifəsinə başlayan zaman, yəni yanvarın 20-sindən sonra bu yöndə yeni qərarlar alınsa, Bitkoinin qiyməti indikindən də daha sürətlə bahalaşa bilər".

Seçilən
7
4
gundem.az

5Mənbələr