AZ

Türkiyə Hələbi ilhaq etməyə hazırlaşır - Politoloq

Suriyada Bəşər Əsəd rejiminin dəyişməsi nəticəsində İsrail və Türkiyənin siyasi maraqları toqquşub.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin aparıcı əməkdaşı Boris Dolqov deyib. O hesab edir ki, Ankara Hələbi ilhaq etməyə hazırlaşır.

Ekspertin fikrincə, İsraillə Türkiyə arasında müharibə ehtimalı azdır. Eyni zamanda hər iki ölkə uzun müddət Əsəd rejiminə qarşı çıxıb.

“Bu bir başqa məsələdir ki, o getdi və hər kəs öz maraqlarını güdür”, - Dolqov deyib.

Politoloq hesab edir ki, Təl-Əviv çətin ki, Suriyanın paytaxtı Dəməşqə hücum etmək qərarına gəlsin: “Lakin onlar ərazilərin bir hissəsini işğal edə bilərlər. Öz növbəsində Ankara daha bir böyük şəhərin - Hələbin ilhaqı üçün qüvvələr hazırlaya bilər”.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr