"Sevilya"nın Juninyonu transfer etmək istədiyi hamıya bəllidir.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi ilə İspaniya klubu arasındakı danışıqların detalları bəlli olub.

"Köhlən atlar" braziliyalını ucuz satmaq istəməyib. Redaksiyamıza daxil olan məlumata görə, ilkin danışıqda ispanlar Ağdam klubuna 5 milyon avroya yaxın məbləğ təklif edib. Lakin "Qarabağ" bununla razılaşmayıb.

Son Azərbaycan çempionu Juninyonun dəyərinin daha çox olduğunu düşünür. "Qarabağ" rəhbərliyi braziliyalını "Sevilya"ya sataraq ölkə üzrə transfer məbləği rekordunu yeniləmək niyyətindədir.

Qeyd edək ki, bu, Kadi Borgesə məxsusdur. "Qarabağ" braziliyalını "Krasnodar"a 5 milyon dolları satmışdı.