İspaniya polisi Madrid “Atletiko”sunun Çin bazarına hücum çəkərək, oranı darmadağın etmiş 16 azarkeşini saxlayıb.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, dekabrın 15-i bazar günü, İspaniya La Liqasının 17-ci turun “Atletiko” – “Xetafe” oyunundan (1:0) sonra, “döşəkçilər”in ev stadionu “Metropolitano”nun yaxınlığında müvafiq zorakılıq hadisələri baş verib. Saxlanılmış şəxslərin bəzilərinin Madrid klubunun futbol köynəklərində, həmçinin “döşəkçilər”in rəmzləri əks edilmiş geyimlərdə olublar. Hadisədə 50-yə yaxın adam iştirak edib. Polisin təsvir etdiyi kimi, ifrat tərəfdarlar – ultras dəstəsi digər ifrat tərfdarları axtarıb-tapmaq niyyətində olublar və Çin bazarına basqın ediblər. Burada qızmış dəstə şüşə piştaxtaları və rəfləri sındırıb, bazar sahibini və digər ziyarətçiləri təhdid ediblər.
Saxlanılmış şəxlərin yaşlarının 16-25 aralığında olduğu bildirilir. İstintaq davam edir və hazırda polis onların azarkeşlər klubunun üzvü olub-olmadığını və hansı dəstəyə aid olduğunu müəyyən etməyə çalışır.