Bred Pit yeni sevgilisi İnes de Ramonla evlənməyi planlaşdırır, lakin Ancelina Coli 2016-cı ildən bəri davam edən boşanma prosesini uzadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” insayderlərə istinadən məlumat yayıb.
Ancelina Coli və Bred Pitt 2006-cı ildə görüşməyə başlayıblar və 2014-cü ildə evləniblər. İki il sonra Pit və Coli boşanmaq üçün məhkəməyə müraciət ediblər.
Kino ulduzu hazırda Anita Ko zərgərlik brendinin vitse-prezidenti İnes de Ramonla görüşür. Cütlük birlikdə Venesiya Film Festivalına qatılıb.
İnsayderlərin sözlərinə görə, Bred İneslə evlənməyi planlaşdırır, lakin Ancelina ilə bağlı hüquqi problemlər onun "irəli getməsinə” mane olur.
"Bred həqiqətən yenidən evlənmək istəyir, lakin Enci hələ də buna mane olur. Bred sadəcə hər şeyin bitməsini istəyir. Coli demək olar ki, on il ərzində bunu uzadır. İndi o, boşanmalarının yekunlaşdırılmasını gecikdirir”, – Pitin yaxın dostu jurnalistlərə deyib.
İnsayder ehtimal edir ki, Coli tam ayrılmaq üçün ən kiçik övladları Noks və Vivyenin 18 yaşına çatmasını gözləyir. Pittin uşaqları ilə münasibətləri gərgindir. Zahara, Şilo və Vivyen atalarının soyadından imtina ediblər. Maddoks və Paks aktyorla ünsiyyət qurmurlar. Noks Bredlə əlaqə saxlamağa davam edir.
"Ancelina bundan Bred üzərində nəzarəti saxlamaq üçün taktika kimi istifadə edir. "O, xoşbəxt olduğuna görə qəzəblidir" deyə mənbə iddia edir.
İnsayder əlavə edir ki, Pit nəhayət keçmiş həyat yoldaşı ilə bütün hüquqi məsələlərini həll etməyə hazırdır və İnes bu prosesdə ona dəstək olacaq.
Nizami Bağırov