AZ

2024-cü ildə boşanan məşhurlar – Siyahıda görün kimlər var

2025-ə gün saydığımız vaxtlarda 2024-də baş verənlərə baxırıq. Görürük ki, bir çox hadisə və olaylarla yadda qalan ildə ən çox diqqət çəkənlər sırasında məşhurların ayrılıqları olub. 

Elə isə boşananlara, ayrılanlara, ayrılıb ayrı qala bilməyənlərə nəzər salaq…

Söhbət 2024-dən getməyinə baxmayaraq, 1 il əvvəlki ayrılıqlardan söz açmasaq, olmaz. Belə ki, ilin son aylarında, noyabrda müğənni Elvin Mirzəzadə boşandığını açıqladı. 

elvinmirzezade

Ondan qısa müddət sonra, dekabrda müğənni Nahidə Babaşlı türk həyat yoldaşı Serkan Küçükceylandan boşandığı ilə bağlı xəbər yaydı.

1703491659

2024-ün fevralı hər birimizi təəccübləndirən boşanma xəbəri yayıldı. Məlum oldu ki, illərdir nümunəvi cütlük olan müğənni Elçin Cəfərov və Aydan Rüstəmxanlı boşanıb. Hətta cütlüyün rəsmi ayrılığının 14 Fevral Sevgililər Günündə olduğu iddia edildi. Aylar sonra Elçin boşandıqlarını etiraf etdi. Lakin cütlük sevgi bağlarını qopara bilmədi…

1650866496

Apreldə “Selena”dan tanıdığımız Ümit Erdim iki uşağının anası Seda Çınardan boşandı. 

img

May ayında “İmtahan” serialı ilə populyarlaşan Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşandı. Bununla bağlı xəbəri də OLAY təqdim etdi.

uzelsss

İyunda “Güldür Güldür”ün ulduzu Onur Atilla 10 illik xanımı Sinem Ayyıldızdan qalmaqallı şəkildə ayrıldı. 

img

Ondan qısa müddət sonra, yenə iyunda Xalq artisti Yusif Eyvazovun Rusiyanın Xalq artisti Anna Netrebkodan boşandığı məlum oldu.

Dünyaca məşhur reper Kardi Bi də ona tez-tez xəyanət edən həyat yoldaşı Offsetdən ayrıldığını açıqladı. Lakin Kardi qısa zaman sonra Offsetlə 3-cü uşaqlarını dünyaya gətirdi. 

photoİllər sonra yenidən münasibətə başlayıb, ailə quran Cennifer Lopez və Ben Aflek də evliliklərini davam etdirə bilmədi. Onlar da boşananlar sırasına daxil oldu.

photoRus estradasının ulduzu Nyuşa da əri İqor Sivovdan ayrıldı.

screenshot

Rusiyalı ulduz Alsu yəhudi milyarder Yan Abramovdan qalmaqallı şəkildə boşandı. İş adamı sənətçiyə xəyanət etdiyi üçün evlilikləri bitdi. 

screenshot

Bu ilin ən çox danışılan boşanma xəbərləri sırasında sözsüz ki, onların adı var. İllərdir dəfələrlə boşandıqları iddia olundu, evliliklərindəki problemləri həll etmək üçün çabaladılar. Lakin sonra rəsmi şəkildə ayrılıq qərarı aldılar. Söhbət keçmiş aktyor cütlük Ülviyyə Xalinbəyova və Murad İsmayıldan gedir. İki övladı olan cütlk də bu il boşanaraq illərdir davam edən problemləri, söz-söhbətləri bitirdi. 

1666950172

İnfluenser Həmidə Səlimova (Hemistyle) həyat yoldaşı İsmayıl Hacıyevdən ayrıldı. Cütlük açıqlama yayaraq dost kimi münasibətlərini bitirdiklərini söylədi. Buna baxmayaraq Amerikada olan İsmayıl boşanma açıqlamasından öncə Həmidənin ad gününə gül buketi göndərərək dost qalacaqlarının mesajını vermişdi. 

hemistyle

Yeni ana olan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılmaq istəyir. Cütlüyün məhkəmə prosesi davam etsə də, Nicat xanımından boşanmaq istəmədiyini deyir…

zeynalmammadli

Bununla yanaşı, influenser Nərmin Vəliyeva (Nariisha__) və videoqraf Mamed İsmayılov isə evliliklərinin bir ili tamam olmadan boşandılar.

photo

Hollivud aktyoru Çenninq Teytum və Cenna Devan da bu il boşanıb. 

14d8c670

Fərqli cütlüklərdən olan, zaman-zaman tərzləri ilə mediada danışılan Kanye Uest və Biankanın da boşanma xəbəri yayıldı. 

lkjjjjjjjjjjjjjjj

Dünyaca məşhur müğənni Britni Spirs də gənc həyat yoldaşı Sem Asqaridən ayrıldı.

1655122181

Son olaraq Türkiyə gündəmində olan ayrılıq isə “Galatasaray”ın ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanmasıdır. Cütlük qalmaqallı şəkildə boşanma prosesini davam etdirir.

mauroicardi

Seçilən
5
9
millitv.net

10Mənbələr