AZ

Meloni: “Suriyadakı müvəqqəti administrasiya ilə dialoqa hazırıq”

\"Avropa beynəlxalq tərəfdaşlarla fəaliyyətlər çərçivəsində Suriyadakı müvəqqəti administrasiya ilə dialoqa hazırdır”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri İtaliyanın baş naziri Giorgia Meloni parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında gündəmdəki məsələlərlə bağlı çıxış edərkən deyib. 

Meloni, G7 ölkələri arasında Dəməşqdə səfirliyi açıq olan yeganə ölkə olduqlarını xatırladaraq, Suriyadakı yeni müvəqqəti administrasiya ilə danışmağa hazır olduqlarını bildirib: 

\"İlk addımlar ümidverici görünür, lakin son dərəcə ehtiyatlı olmaq lazımdır. Sözlərdən sonra əməllər olmalıdır və biz Suriyanın yeni hakimiyyətini əməllərinə görə dəyərləndirəcəyik. Həlledici amil onların etnik və dini azlıqlara xüsusən də tez-tez təqib olunan xristianlara münasibəti olacaq.
 
Cəmalə
Seçilən
19
azxeber.com

1Mənbələr