AZ

TƏCİLİ: İlham Əliyevdən SENSASİON AÇIQLAMA: TÜRKİYƏ HƏRBİ BAZASI... –VİDEO

Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları ilə bağlı mətbuatda yayılan məlumatlar siyasi spekulyasiyadır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Russia Today” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Zaman-zaman müəyyən mediada belə məlumatların yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, - Prezident bildirib.

İlham Əliyev Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri saxta məlumat adlandırıb, çünki bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək demək olar ki, mümkün deyil.

Prezident xatırladıb ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində təhlükə və təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var:

“Bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə, xarici təcavüzlə üzləşsə, köməyə gəlsin. Ona görə də bəyannamənin bu bəndi mahiyyət etibarilə konkret ərazidə daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir”.

İlham Əliyev qeyd edib ki, ölkələr arasında 30 ildən artıq davam edən hərbi əməkdaşlıqda Türkiyə və onun hərbi strukturları Azərbaycan ordusunun müasirləşdirilməsində, döyüş hazırlığı, əməliyyatların planlaşdırılması, vəziyyətin təhlili, hərbi kəşfiyyat potensialının yüksək standartlara çatdırılmasında böyük rol oynayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Musavat.com


Seçilən
21
6
paytaxt.org

7Mənbələr