AZ

Prezident İlham Əliyev “Şahdəniz”lə bağlı sərəncamda dəyişiklik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Şahdəniz” qaz-kondensat yatağınınistismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasınadair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamdadəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarınaCənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında”sərəncamın ləğv edilməsi barədə sərəncam imzalayıb.

Trend xəbərverir ki, sənədlər “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətininidarə edilməsinin təkmilləşdirilməsi məqsədilə imzalanıb.

Belə ki, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikincimərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digərlayihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamının3-cü və 6-cı hissələri ləğv edilib.

Belə ki, ləğv edilən 3-cü hissə “Şahdəniz” qaz-kondensatyatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin(SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) vəTrans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsiüzrə Dövlət Komissiyasının təyin etdiyi nümayəndələr vasitəsi iləCəmiyyətin Müşahidə Şurasında təmsil olunmasını nəzərdə tuturdu.Dövlət Komissiyası sözügedən sərəncamdan irəli gələn məsələlərihəll etməli idi.

Bundan başqa, “Azərbaycan təbii qazının dünya bazarına Cənub QazDəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli15 nömrəli sərəncamı ləğv edilib.

Seçilən
16
4
az.trend.az

5Mənbələr