AZ

Ukrayna Donbas və Krımdan, geri qaytarmaq gücü olmasa belə, imtina edə bilməz – Zelenski – FOTO

Ukrayna Donbas və Krımdan imtina edə bilməz, hətta onları geri qaytarmaq gücü olmasa belə.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Le Parisien”ə müsahibəsində bildirib.

Dövlət başçısı əlavə edib ki, Konstitusiya bu ərazilərin Ukraynaya verilməsinə qəti şəkildə icazə vermir.

“Ukrayna Konstitusiyası bizə bunu qadağan edir. De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Biz ancaq beynəlxalq ictimaiyyətin Putini danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün diplomatik təzyiqinə arxalana bilərik”, – prezident deyib.

Jurnalistlərin bu, Kiyevin danışıqlar masasına oturmağa hazır olub-olmaması ilə bağlı sualına Zelenski vurğulayıb ki, “müzakirə apararkən kimin qarşısında oturmağınız önəmli deyil”.

“Zəif vəziyyətdə olduğumuzu düşünmürəm, amma güclü mövqedə də deyilik. NATO-da olacağıq? Bilmirik. Avropa Birliyinin bir hissəsi olacağıq? Bəli, gələcəkdə.

Belə bir şəraitdə Putinlə danışıqlar masasına oturmaq ona dünyanın bizim tərəfimizdə hər şeyi həll etmək hüququnu vermək demək olardı ki, əvvəlcə bir model, fəaliyyət planı və ya sülh planı hazırlamalıyıq”, – Zelenski vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
8
interpress.az

1Mənbələr