AZ

Sağlamlıq üçün təhlükəli olan ətirləri necə ayırd etmək olar?

Sağlamlıq üçün təhlükəli olan ftalatlı ətirlərdən qaçmaq üçün yağlı ətirlər almaq daha yaxşıdır.

Qaziler.az xəbər verir ki, bunu moda tarixçisi və ətir mütəxəssisi Tala Baeva məsləhət görüb. “NEWS.ru” ilə söhbətində o, almazdan əvvəl məhsulun tərkibini öyrənməyin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, təbii maddələrə diqqət yetirmək vacibdir.

"Ətirlərdə ftalatların olmaması üçün almazdan əvvəl tərkibini öyrənin. "Ftalatsız" və ya "təbii şəkildə hazırlanmış" ətirlər axtarın. Həmçinin efir yağlarının istifadə edildiyi təbii tərkibli ətirləri seçin”, - Baeva vurğulayıb.

O, dərinin həssas nahiyələrinə ətir vurmamağı və tez-tez sürtməməyi tövsiyə edib. Moda tarixçisi qeyd edib ki, ftalatların istifadəsi məqbul həddə ola bilər, lakin onların təhlükəsi maddənin orqanizmdə yığılma qabiliyyətindədir. Onun sözlərinə görə, zəhərli maddələr nə qədər çox toplanarsa, nəticələri bir o qədər ağır ola bilər.

“Zərərli tərkibli qoxuların yayılmasına baxmayaraq, ətir istehsalçıları məhsullarında ftalatların olması barədə çox vaxt susurlar. Bir çox tanınmış brendlərdə  ftalatın olması göstərilməsə də, içində ehtiva edə bilər”, - ekspert bildirib.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr