Bu il Azərbaycan qızıl idxalına böyük məbləğdə vəsait xərcləyib.
Gundem.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində Azərbaycana 2,76 milyard dollar dəyərində qiymətli metallar gətirilib.
Qiymətli metalların böyük hissəsini qızıl təşkil edib. Bu qədər idxalın təxminən 2,7 milyard dolları qızıl alışından ibarət olub.
2024-cü ildə ölkəmizə qızıl idxalının artmasının yeganə səbəbi Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsinin qızıla dəyişdirilməsidir. İlin geridə qalan dövrü ərzində Neft Fondu 25 tondan çox xalis qızıl alıb.