AZ

Daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Gələn ilin yanvar ayının 29-na təyin edilən bələdiyyə seçkilərində daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. SİA xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.

Seçilən
10
6
sia.az

7Mənbələr