Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Tribunainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.
“Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq”, – məlumatda qeyd olunub.