AZ

Rusiya ordusunun Baş Qərargahı: Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır

Rusiya

ABŞ və Avropa İttifaqı Gürcüstanı öz təsir orbitində saxlamağa və Ermənistanı isə çəkməyə çalışır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda vəziyyət mürəkkəb olaraq qalır: "Regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir”.

Gerasimov vurğulayıb ki, Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə vəziyyəti destabilləşdirməyə çalışır: “Bu cəhdlər Ukrayna ssenarisi üzrə ölkəni aktiv anti-Rusiya aksiyalarına cəlb etməkdə maraqlı olduğunu göstərir. Qərbin destruktiv hərəkətlərindən fərqli olaraq, Rusiya bu regionda konstruktiv tədbirlər görür”, - deyə Rusiya SQ-nin Baş Qərargah rəisi qeyd edib.

phrase_var_article.chosen
10
1
xalqcebhesi.az

2phrase_var_article.sources