Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyədə növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, o, ölkə kubokunda iştirak edib.
Vüsalın çıxış etdiyi "Boluspor" kubokun 5-ci mərhələsində 1461 Trabzon"la qarşılaşıb. Rəqibini 4 cavabsız qolla üstələyən "Boluspor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.
29 yaşlı vinger bu görüşdə məhsuldar ötürmə ilə yadda qalıb. 71-ci dəqiqədə meydana daxil olan İsgəndərli 6 dəqiqə sonra komandasının sonuncu qolunun vurulmasında yaxından iştirak edib.