AZ

Kürdəmir prokurorunun müavini təqaüdə göndərilib - Foto

Baş Prokurorluqda prokurorluq veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileyləri, eyni zamanda son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbirdə veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüblər.

 





Seçilən
5
13
qafqazinfo.az

10Mənbələr