Tacikistan prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (XDP) sədri seçilib.
"Opderativ Media" TASS-a istinadən xəbər verir ki, onun namizədliyi respublikanın hakim partiyasının Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən dəstəklənib.
Bundan başqa, qurultayda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər partiya orqan və strukturlarının tərkibi təsdiq edilib.