Gəncədə bıçaqlanma baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Hadisənin dərsdən sonra baş verdiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.