AZ

"Türkiyə və türk milləti taleyindən qaça, gizlənə bilməz"

"İnsanları niyə inqilabi hadisələr narahat edir? Hətta bunu tənqid edənlər də ola bilir. Biz özümüzə inamı aşılamağa çalışdıq ki, bunu bacarırıq".

Missiya.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən TÜBİTAK və TÜBA Mükafatları Mərasimində deyib.

“Daha çox çörək yeməliyik” kimi ifadələri lüğətimizdən çıxarmışıq. Millətin üzərinə qoyulan öyrənilmiş acizliyi aradan qaldırdıq. Türkiyə heç kimin müstəmləkəsi deyil, ikinci əl ideyaların istehsal olunduğu ölkə deyil. Azad olmaq üçün orijinal olmalı, orijinal layihələr hazırlamalıyıq. Bölgəmizdə, xüsusilə də Suriyada baş verən son hadisələr bizə bu həqiqəti xatırladır: Türkiyə Türkiyədən böyükdür. Üfüqümüzü 782 min kvadrat kilometrlə məhdudlaşdıra bilmərik. İnsan öz taleyindən qaça bilmədiyi kimi, Türkiyə və türk milləti də taleyindən qaça, gizlənə bilməz", - Ərdoğan vurğulayıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr