"6 min 218 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb".
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.
"Hələ ki qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb. Bu çox sevindirici haldır. 118 bələdiyyə ərazində olan 685 bələdiyəmiz olacaq. 5734 məntəqəmiz fəaliyyət göstərəcək.
İndiyə qədər 6 min 218 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 263 nəfərin nаmizədliyi qeydə alınıb. Onlardan 3 min 524 nəfərə imza vərəqələri verilib və 763 nəfər imza vərəqələrini qaytarıb", - MSK sədri bildirib.