AZ

“Suriya hökuməti ona görə yıxıldı ki” – Gerasimovun öz versiyası var

Suriyadakı hökumət qoşunları Qərbin sanksiyaları nəticəsində yaranan böhran səbəbindən silahlı müxalifətə müqavimət göstərə bilməyib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bugünkü brifinq zamanı deyib.

Onun dediyinə görə, Suriya ordusu müxalifətin hücumunu dəf edəcək hazırlığa malik olmayıb: “Bu (müxalifətin hücumu) Suriya ordusunun müntəzəm döyüş təlimləri keçirmək imkanının olmaması və Birləşmiş Ştatların və müttəfiqlərinin misli görünməmiş sanksiyaları nəticəsində yaranan uzunmüddətli iqtisadi böhran və şəxsi heyətin aşağı mənəvi-psixoloji durumu ilə bağlıdır”.

Gerasimov əlavə edib ki, Rusiya “Suriyada sülh yolu ilə nizamlanma üçün Astana formatı” təklifini irəli sürüb, lakin bu, ABŞ və Böyük Britaniyanı qane etməyib.

“AzPolitika.info”

Seçilən
5
azpolitika.info

1Mənbələr