AZ

Hesablama Palatasının sədri Naxçıvanda görülən işlərdən danışdı

Müvafiq tapşırıqlardan irəli gələn məsələlər Naxçıvanın inkişafı üçün hazırlanan strateji sənədlərdə öz əksini tapıb. Belə ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Palata sədri qeyd edib ki, ötən il maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsinə dair Naxçıvanda keçirilən tədbirdəki çıxışımda dövlət sektorunda maliyyə şəffaflığının və hesabatlılığının minimal tələblərini səsləndirmişdim: "Həmin tədbirdən 1 ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində apardığımız auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir".

Teleqraf.com

Seçilən
8
8
hurriyyet.az

9Mənbələr