Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məbləğin 29 milyard 534,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatını isə qeyri-ərzaq malları tutub.
O cümlədən, pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 671,5 milyon manatlıq elektrik malları və mebellər satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 156 milyon manat və ya 6,2% çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 2 milyard 515,5 milyon manat olub.
Əvəz Həsənov