AZ

Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası keçiriləcək

Tezliklə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclası keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərlə söhbətində deyib.

“Növbəti görüşün tarixini hələ razılaşdırmamışıq, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş tutacaq, çünki reqlamentin müzakirəsi və təsdiqi mərhələlərində razılaşdırılıb ki, reqlament qüvvəyə mindikdən sonra bəli , biz görüşməli və işimizi davam etdirməliyik”, - Qriqoryan bildirib.

O qeyd edib ki, birgə təsdiq edilmiş reqlamentdə tərəflərin press-relizlər çərçivəsindən kənar heç bir şərh verməəmək barədə razılaşma olduğu üçün, hazırda əlavə heç nə deyə bilməz.

Seçilən
2
4
modern.az

5Mənbələr