Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatının (D-8) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün sabah Misirə səfər edəcək.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, kommunikasiya direktoru Fahrettin Altun, sosial media hesabından verdiyi açıqlamada, prezident Ərdoğanın sabah 11-ci D-8 Təşkilatı Zirvə toplantısında iştirak etmək üçün Misirə gedəcəyini bildirib.