AZ

Pezeşkian onun fotosunu görüb ağladı - Video

Bu gün İran prezidenti Məsud Pezeşkian rəsmi tədbirdə çıxışı zamanı mərhum arvadının fotosunu gördükdə kövrələrək ağlayıb.

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, həmin anları əks etdirən video sosial mediada viral olub.

"Bağışlayın, danışa bilmirəm. Bu, mənim üçün çox çətindir," - deyə Pezeşkian çıxışını yarıda saxlayıb və tribunadan enib.

Ondan sonra çıxış edən digər natiqin sözləri Məsud Pezeşkianı bir daha qəhərləndirib.

Qızı Zəhra Pezeşkian prezidenti toxtatmağa çalışsa da, ata-Pezeşkian ağlamağa davam edib.

Xatırladaq ki, prezidentin arvadı və oğlu avtomobil qəzasında həlak olublar.

 


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr