Azərbaycan Texniki Universitetinin (AzTU) Kommunikasiya şöbəsinin və “Mənəvi Dünya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib.

Tədbir iştirakçılarını salamlayan AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov bildirib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. O qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində, o cümlədən AzTU-da sözügedən istiqamətdə müxtəlif tədbirlər təşkil olunub.

Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar
Aqat Təbii Daşlar

Daha sonra film təqdim olunub. Qeyd edək ki, rejissor Elçin Ağazadənin ərsəyə gətirdiyi “Problem yoxdur” sənədli filmi Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyatından bəhs edir. Film vasitəsilə Alik öz həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edərək, “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə ötürür.

Filmin təqdimatından sonra inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova və rejissor Elçin Ağazadə çıxış edib.

ETX
AzeriQaz
ETX
AzeriQaz
ETX
AzeriQaz