Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik rəsmi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyənin Baş Qərargah rəisinin müavini ordu generalı Kamal Yeni də iştirak edib.