Azərbaycan müdafiə nazirinin müavini, qurumun baş direktoru Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədədir.
Teleqraf.com xəbər verir ki, o, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Tərəflər iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin müavini, ordu generalı Kamal Yener də qatılıb.
Qeyd edək ki, A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay və digər rəsmi şəxslər daxildir.
Müəllif: Teleqraf.com