AZ

"Mahnını səhv oxumuşdumsa, zamanında niyə demirdiniz?" -Musa tənqidlərə cavab verdi

"Gün ortası" verilişinin bugünkü buraxılışında maraqlı anlar yaşanıb.

Gundem.az xəbər verir ki, verilişdə qonaq olan müğənni Musa Musayev illər öncə oxuduğu "Amor mio" mahnısı ilə bağlı qalmaqallı fikirlərə cavab verib.

O, mahnının sözlərini səhv oxuması haqda deyilən fikirlərə münasibət bildirib:

"Bu mahnını 30 il öncə oxumuşm. O zaman nə səs təmizləmək var idi, nə səsi gözəlləşdirmək. Deyirlər səhv oxumuşam sözlərini. Ola bilər, nə olsun ki? Oxumuşam, oxumuşam da. Hamı kütləvi şəkildə üstümə gəldi, nə olub? Gözümü çıxardacaqsız? O qədər elə müğənnilər var ki, hələdə türk mahnılarının sözlərini səhv oxuyurlar. Bir neçə adam sadəcə özünü reklam etmək üçün bunu qabartdı. Bunu zamanında niyə demirdiniz?".

 

Daha sonra müğənni "Amor mio" mahnısının sözlərini qızı Sevgimin İspan dilinə doğru tərcümə etdiyini bildirərək onu yenidən canlı olaraq səsləndirib.

 

Həmin görüntüləri təqdim edirik:

 

Seçilən
15
gundem.az

1Mənbələr