AZ

Alternativ hərbi xidmət: “Bu, sovetlər dövründən qalma bir sistemdir”

"Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində alternativ hərbi xidmətlə bağlı suallar mütəmadi səsləndirilir".

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, Azərbaycan Konstitusiyasının 37-ci və 45-ci maddəsində alternativ hərbi xidmətlə bağlı müddəa var.

"Bu xidmət hərbi xidmətə qarşı dini, mənəvi və ideoloji səbəblərdən etiraz edən şəxslərə təklif olunur və onlar hərbi xidmət yerinə başqa bir ictimai xidmət göstərir. Alternativ xidmət pullu xidmət demək deyil, dünya praktikasında da belədir. Əgər adi çağırışçı bir il xidmət edirsə, alternativ xidmət 2 dəfə artıq olur. Bu da əsasən sülh dövründə olur və konkret olaraq harada xidmət etmələri ilə haqqında məlumatlar verilir".

Komitə sədri bildirib ki, bununla əlaqədar həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciətlər edilib:

Onun sözlərinə görə, ölkədə 15-16 nəfərə yaxın vətəndaş alternativ hərbi xidmət üçün müraciət edib:

"Onlar Yehovanın şahidləri dini qurumlarına mənsubdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Burada maraq ondan ibarətdir ki, kimə qarşı olmasından asılı olmayaraq silah işlətmək olmaz. 

Onların əqidəsi bundan ibarətdir. Alternativ xidmətə müraciət etmək istəyən şəxs dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təqdim etməlidir".

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan hərbi ekspert Şair Ramaldanov bildirib ki, sovetlər dönəmində ağır xəstələr, həmçinin ruhi xəstələ alternativ hərbi xidmətdən yararlana bilirdi:

“Bu cür şəxslər daha çox tibbi müəssisələrdə xidmət edirdilər. 

Hazırda bizdə, praktikada hələlik belə bir halın olması mətbuata sızmayıb, nə də mən eşitməmişəm. Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı məsələlər müzakirə olunur.

Bu, daha çox sovetlər dövründən qalma bir sistemdir. Dini mənsubiyyətinə görə əlinə silah ala bilməyən çağırışçılar sanitar kimi tibbi müəssisələrə xidmət üçün göndərilirdilər. Onlar üçün bir il, maksimum il yarım ayrılmış xidmət müddətini orada keçirdilər. 

Bu isə alternativ hərbi xidmət sayılırdı.

Bildirim ki, Azərbaycanda hazırda son zamanlar alternativ hərbi xidmətdə daha çox bir neçə ay hərbi xidmət göstərib, qalan hissəsini pul qarşılığında ödəmək kimi məsələlər gündəmdədir. Belə yanaşmalar dünya praktikasında var.

Amma alternativ hərbi xidmətdə həmin şəxs ona ayrılan vaxtda müəyyən bir proqrama yiyələnməlidir. Alternativ hərbi xidmətdə ona ayrılmış zaman iki dəfə çox ola bilər. Yəni qanunda necə nəzərdə tutulubsa, elə də həyata keçiriləcək”. 

Seçilən
1
3
cebheinfo.az

4Mənbələr