2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 86 milyon 518 min dollar həcmində 120 min 344 ton xurma ixracı baş tutub.
11 ayda alma ixracından 53 milyon dollardan çox - GƏLİR ƏLDƏ EDİLİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 901 min dollar və ya 5,4%, miqdar ifadəsilə 4 min 380 ton, başqa sözlə 3,5% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 91 milyon 420 min dollar dəyərində 124 min 724 ton xurma ixrac olunmuşdu.
Bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 24 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% azalma deməkdir.
Bu il ümumi ixracının 0,36%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,80%-i xurmanın payına düşüb.