"Bizim vaxtımızda brend, trend məsələsi yox idi. indiki müğənnilərin heç biri bizim gördüyümüz pulları görməyiblər".
Bu sözləri Təranə Qumral "Gün ortası" verilişində deyib.
Sənətçi, trend söz-söhbətinə özünəməxsus şəkildə cavab verib:
"İndiki müğənnilər qəpik-quruş qazanır. Onlar biz görən pulları görməyiblər. Bizim zamanımızda 4-5 nəfər elə müğənni var idi ki, onların bu ili bitirdi, toyları gələn il üçün təqvimdə yazırdılar. İndikilər bizim kimi pul qazana bilir? Bu gün mənim üçün trend də, bren də elə Musa müəllimdir. Biz heçnə paylaşmağa vaxt tapmırıq. Nə də şou proqramlara getmirik. Amma yenə də təlabatımız var. Gənclər bu gün bizim mahnılarımızı oxuyur. Trendlər və brendlər var əlbəttə ki, o da Brilliant Dadaşova, Flora Kərimovadır. İllər keçsə də onları dinləyirlər".