Hurriyyet.az xəbər verir ki, Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası ilə əlaqədar iki ölkənin təmsilçilərinin növbəti görüşünün vaxtı barəsində məlumat verilib.
Erməni mətbuatının yazdığına görə, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərlə müsahibəsində deyib: "Düşünürəm ki, görüş yaxın zamanda keçiriləcək. Çünki reqlamentin müzakirəsi və təsdiqlənməsi mərhələlərində reqlamentin qüvvəyə minməsindən sonra görüşüb işimizə davam etməli olduğumuz barəsində razılaşmışdıq".
Qeyd edək ki, Azərbaycan ilə Ermənistan tərəfləri iki ölkənin sərhədlərinin delimitasiyası üzrə sərhəd komissiyalarının reqlamentini təsdiqləyiblər.
Hürr Tərcüman