ABŞ-ın seçilmiş prezidenti Donald Trampın kulinariya vərdişləri haqqında Ağ Evin keçmiş aşpazı Andre Raş məlumat verib.
Qaynarinfo-nun məlumatına gör, o, "Politico" nəşrinə verdiyi müsahibədə bildirib ki, Tramp qeyri-sağlam qidalara üstünlük verir və dietik kolaya güclü bağlılığı var.
Raşın sözlərinə görə, Tramp adi sudan çoxdan imtina edib və hər gün qazlı içki qəbul edir. Keçmiş prezidentin dietik kolaya o qədər meylli olduğu qeyd olunub ki, hətta əvvəlki prezidentlik dövründə kolanın gətirilməsi üçün xüsusi düyməsi də mövcud olub.
Donald Tramp bu içkinin ona mənfi təsir göstərmədiyini iddia edir. Lakin Raş onun artıq sağlam qidalanmaya keçməsinin vacib olduğunu vurğulayıb, çünki ABŞ-ın yeni seçilmiş prezidentinin 78 yaşı var.
Keçmiş aşpaz həmçinin Trampın qidalanmasını şaxələndirmək üçün bəzi üsulları sınaqdan keçirdiyini bildirib. Məsələn, Raş ona adi suyu daha dadlı etmək üçün portağal, limon və laym dilimləri ilə təqdim edib.
Bundan başqa, Raş Trampın sevdiyi burgerlər üçün hinduşka əti kotletlərindən istifadə etməyi və donuz ətindən hazırlanmış bekon əvəzinə mal əti seçməyi təklif edib. Aşpazın sözlərinə görə, Tramp artıq qidalanma vərdişlərini yaxşılaşdırmağa çalışır, lakin bu, çox vaxt hiss olunmur.
Aydın