Bakı. Trend:
Dekabrın 18-də Baş prokuror Kamran Əliyev ölkəmizdə Türk ƏdliyyəTəlim Şəbəkəsinin “Hüquq münasibətlərində transmilli aspektlər:müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalqkonfransın iştirakçıları ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vəŞimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Başprokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türkdövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq və ədliyyəorqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunubildirib.
Baş prokuror Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildəbərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birincivitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı iləQarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədəqonaqları məlumatlandırıb.
11 dekabr 2022-ci il tarixdə İstanbul şəhərində özündə üzvstatusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan vəQırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədrismərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusundaMacarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən TürkƏdliyyə Təlim Şəbəkəsinin (Turkic Judicial Training Network) təsisedilməsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğuvurğulanıb.
Şəbəkənin üzv ölkələrin hüquq mühafizə orqanları arasındaəməkdaşlığı daha da dərinləşdirəcəyi və effektiv fəaliyyətgöstərmələrinə imkan verəcəyi qeyd olunub.
Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquqmühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı vəsəmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətəçatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğunhüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlıcavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında vəqarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitəolacağını bildirib.
Baş prokuror cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbərbeynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası -COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xaricitərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya,həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllikKonfransı və Ümumi Yığıncağın uğurla keçirildiyini bildirib.
Konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkürifadə edərək dövlətlərimiz və xalqlarımız arasında dostluq vəqardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd etmiş,peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığınvacibliyini qeyd etmişlər.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər HeydərƏliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin AzərbaycanProkurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə vəeksponatlarla tanış olublar.
Sonda xatirə fotosu çəkilib.