AZ

Orban Zelenskini Milad atəşi haqqında qərar verməyə çağırıb

Macarıstanın baş naziri Viktor Orban Ukrayna lideri Vladimir Zelenskini hələ də qüvvədə olan Milad dövrü üçün təklif olunan atəşkəsə aydın cavab verməyə çağırıb.

Oxu24.com xəbər verir  ki, bu barədə paylaşım onun  X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

“Atəşkəs təklifi masadadır. Qəbul edin və ya rədd edin. Bu, sizin məsuliyyətinizdir”, – Orban yazıb.

Dekabrın 11-də Orban Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb. O, Rusiya liderinə atəşkəs ideyasını səsləndirib və Moskva bu təklifi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Zelenski də öz növbəsində Orbanın Putinə çağırışını kəskin tənqid edib. O, “birlik bahasına öz imicinizlə oynamamağa” çağırıb və bildirib ki, Ukrayna ilə bağlı söhbətlər Ukraynasız keçməməlidir.

Dekabrın 15-də Macarıstanın xarici işlər naziri Peter Szijyarto Orbanın Zelenski ilə telefonla danışmaq istədiyini, lakin Kiyev müvafiq xahişdən sonra Budapeşti rədd etdiyini bildirib. Diplomatın sözlərinə görə, Orban Ukrayna liderini Rusiya ilə Milad barışığı bağlamağa və genişmiqyaslı əsir mübadiləsi aparmağa dəvət etmək istəyib.

Daha əvvəl Ermak Rusiya ilə danışıqlara başlamaq şərtini açıqlamışdı.

 

Nigar

Seçilən
4
13
oxu24.com

10Mənbələr