AZ

Türkiyə müdafiə sənayesi şirkəti yeni bir uğura imza atıb

Türkiyə müdafiə sənayesi dünyanın aparıcı şirkətlərini geridə qoyaraq tarixi bir ixracat uğuruna imza atıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Portuqaliya ilə imzalanan müqavilə sayəsində Türkiyə ilk dəfə Avropa İttifaqı və NATO üzvü bir ölkəyə hərbi gəmi ixrac edəcək.

STM Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət anonim şirkəti Portuqaliya Hərbi Dəniz Qüvvələrinin logistik dəstək gəmisi tenderində dünyanın aparıcı hərbi dənizçilik şirkətlərini geridə qoyaraq iki ədəd “Dənizdə təchizat və logistik dəstək gəmisi”nin inşasını Türkiyədə öz baş podratçılığı ilə həyata keçirəcək.

Türkiyə və Portuqaliya arasındakı “Dənizdə təchizat və logistik dəstək gəmisi” (AOR+) layihəsinin imza mərasimi Portuqaliyanın paytaxtı Lissabonda keçirilib.

phrase_var_article.chosen
9
2
sia.az

3phrase_var_article.sources