Abşeronda intihar hadisəsi olub.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində baş verib.
74 yaşlı Elmira Nəcəf qızı Nəcəfova yaşadığı evin eyvanında üzərinə spirt tökərək özünü yandırıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.