AZ

Bakıda 2 manatlıq sosikalar satışda - "Leş Tofiq" yenə iş başındadır? - ŞOK VİDEO

Bakıda mağazaların birində kiloqramı 4.59 manata "Şəfəq" sosiskaları satılır. 1 kiloqram sosiska hazırlamaq üçün lazım olan 1 kq toyuq ətinin hazırda 6-8 manata satılır. İstehsal və daşınma xərclərini də nəzərə alsaq 10 manatdan aşağı satılması məntiqsiz olan bu ət məhsullarının niyə bu qədər ucuz olduğunu satıcılardan soruşuruq.

Satıcılar  söhbət zamanı bildirir ki, "Şəfəq" sosiskasını istehsalçı  şirkətdən 2.50 manata  götürürlər. Qiyməti ucuz olduğundan alıcıların ən çox aldığı da elə bu məhsuldur. Mağazadakı müştərilərin də rəyini öyrənirik. Deyirlər ki, "Şəfəq" sosiskası ucuz olduğu üçün ən çox satılan firmadır. 

Satıcılar öz aralarında buna "pişik sosiskası" da deyirlər. Mıəhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: "Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129,  istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur." 

Alıcılarla söhbətimiz zamanı daha ilginc məlumat əldə etdik. Bildirdilər ki, "Şəfəq" sosiskasından da  ucuz olan "Səfa Mərvə" sosiskaları var.

Bu sosiskanın kiloqramı topdan 2 manata mağazalara satılır. Onlar isə 3 manata müştəriyə təklif edirlər. 

Ucuz qiymətə satılan bu məhsulların keyfiyyət problemi ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəyini öyrənməyə çalışdıq. 

O bildirdi ki, Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcədə rahat şərait yaradıb, lakin bu şəraitdən sui-istifadə edənlər var: "Biznesə toxunmaq olmaz, biznesi yoxlamaq olmaz. Kim nə satısa, satsın. Hətta ölkədə it ətinin də satışı qadağa deyil. Biz dəfərlərlə açıqlama vermişik ki. bəzi heyvan ətləriin satışı qadağan edilsin. Təsadüfi deyil ki, DİN regionlarda xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasının ifşa edir. "Leş Tofiq" brenddə üzə çıxdı. Hansı ki, ona azadlıq da verdilər. Yəqin ki, işlərini də davam etdirir. Bu cür ucuz sosiska və kolbasalar mənşəyi məlum olmayan, utilizasiya olunmalı olan və yaxud toyuqdursa, müəyyən xəstəliklər olub, qırğın olan toyuqlardan və yaxdu satışa çıxarılmayan, vaxtı keçmiş toyuqlardan əmələ gələ bilər. Qida Təhlükəsizliyi Agentliyi  qidanın təhlükəsizliyinə nəzarət edir. Keyfiyyətə heç kim nəzarət etmir.

E.Hüseynob bildirdi ki, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı yoxdur: "Kifayətdir ki, belə bir ucuz, keyfiyyətsiz məhsulu buraxmaq istəyən şəxs Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisini çağırıb, malına baxdırmalı və satışa çıxarmalıdır. Ümumiyyətlə, məhsulların keyfiyyətinə nəzarət edən dövlət orqanı olmalıdır. Qida Təhlüksəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olmalıdır və bu işlərə nəzarət olmalıdır. Əlbəttə ki, biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli mal alsın. Lakin malın ucuzluğu da onun keyfiyyəti haqqında informasiya verir. Bu cür satılan mallar heç də arzuolunan mal deyil. Hökumət biznes qurumları üçün şərait yaradıb, istehlakçı hüquqları arxa planıdadır, böyük təhlküə altındadır".Təsadüfi deyil ki, bu ilin sentyabrdan cənab prezident istehlakçı hüququnu qoruyan dövlət orqanını Prezident Adminstrasiyasına tabe olması barədə  qərar verdi. İqtisadiyyat Nazirliyi tərkibindən çıxarıldı. Düşünürəm ki, bu sahədəki problemlər həllini tapacaq".

Ekspert bildirdi ki, bu vəziyyəti qanunlarda axtarmaq lazımdır:  "Normal sosiska 11-12 manatdan aşağıl olmamalıdır. Üzərində TŞ (texniki şərt) yazılan sosiskaları almaq lazım deyil, çünki müəssisəsinin özünün müəyyən etdiyi standardır. Üzərində AZS yazılıbsa, standartlaşdırma idarəsi tərəfindən təsdiq olunub. İstehlakçılar buna diqqət etməldidir".

Məğrur Salmanov,

Sitat.info

Fotolar və video müəllifinfir.

 

phrase_var_article.chosen
30
7
sitat.info

2phrase_var_article.sources